Malta–Norveç oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək | |
Futbol üzrə “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Malta–Norveç oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək. Azsport.az AFFA-ya istinadla xəbər verir ki, matçın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək. Matç noyabrın 18-də Ta Qalidəki Milli stadionda keçiriləcək. |
|
Xəbər 675 dəfə oxundu. |
|
|