Yeniyetmə voleybolçular arasında Bakı birinciliyinə start verilib
Azərbaycan Voleybol Federasiyasının idman zalında 2006-2007-ci il təvəllüdlü qızlar arasında Bakı birinciliyinə start verilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Voleybol Federasiyasının birgə keçirdiyi yarışda 6 komanda - UGİM, “Xətai”, “Azərreyl 1”, “Azərreyl 2”, “Abşeron”, “Azəri” iştirak edir.

Dairəvi sistem üzrə keçirilən yarışın birinci günündə “Azərreyl 1” komandası “Azərreyl 2”ni, “Azəri” isə “Xətai”ni 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, sonda ən çox xal qazanan komanda Bakı birincisi olacaq.

Xəbər 755 dəfə oxundu.