“Grand Chess Tour 2019”: Şəhriyar Məmmədyarov blits turnirinin ikinci dairəsinin oyunlarında mübarizə aparacaq | |
Bu gün Buxarestdə “Grand Chess Tour 2019” seriya turnirinin blits yarışının ikinci dairəsinin oyunları keçiriləcək. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirin 9 turunda mübarizə aparacaq. Bununla da “Grand Chess Tour 2019” seriyası çərçivəsində blits yarışları başa çatacaq. Qeyd edək ki, “Grand Chess Tour 2019” seriyası çərçivəsində artıq rapid yarışı başa çatıb. Ş.Məmmədyarov rapid və blits turnirlərinin yekununa görə 13,5 xalla 6-cı pillədədir. Birinci yerdə 12 xalla ukraynalı şahmatçı Anton Korobov qərarlaşıb. Xatırladaq ki, “Grand Chess Tour 2019” turnirinin bundan əvvəlki mərhələləri Abican, Zaqreb, Paris və Sent-Luisdə təşkil edilib. Növbəti mərhələ Kəlkətə şəhərində baş tutacaq. Londonda isə final seriyanın matçları təşkil ediləcək. |
|
Xəbər 706 dəfə oxundu. |
|
|