Ukraynalı futbolçuların xanımları nə etdilər? | |
Avro-2012-də ev sahibi qismində iştirak edəcək Ukrayna yığması üzvlərinin xanımları komandalarının qələbələri naminə əyinlərindən paltarlarını çıxarıblar. İdman.com.az saytının məlumatına görə, bunlar Olesya Qusyeva, Viktoriya Konoplyanka və Alla Seleznyovadır. Xanımlar açıq-aşkar geyimlərdə «Maxim» kişi jurnalının səhifələrində peyda olublar. Onlar həyat yoldaşlarına «Medalsız dönməyin!» müraciətini ediblər. Yevgeni Seleznyovun xanımı Alla deyir: «Doğrusu, düşünürdüm ki, Jenya çəkilişlərin əleyhinə olacaq. Lakin təəccüblüdü ki, o, deyilənləri çox sakit dinlədi: çox sevinməsə də, məyus da olmadı. O ancaq bunları dedi: Nə istəyirsən et!». Müsahibə verən qızlar etiraf ediblər ki, Ukrayna yığmasının ev yarışında uğuruna inanırlar. Bir neçə gün öncə Rusiyanın «Serebro» qrupu da öz ölkələrinin yığmaları üçün soyunmuşdular. |
|
Xəbər 1061 dəfə oxundu. |
|
|