Çorum Olimpiadası: Şahmatçılarımız Qazaxıstan və Qırğızıstan yığmaları ilə mübarizə aparacaqlar | |
Türkiyənin Çorum şəhərində 16 yaşlılar arasında təşkil edilən şahmat olimpiadasının altıncı turunda təmsilçilərimizin rəqibləri bəlli olub. Olimpiadada ölkəmizi təmsil edən 16 yaşadək şahmatçılardan ibarət əsas yığmamız – “Azərbaycan” komandası Qazaxıstan, “Azərbaycan-Naxçıvan” yığması isə Qırğızıstan şahmatçıları ilə mübarizə aparacaqlar. “Azərbaycan” komandası 5 turun nəticəsinə görə 13,5 xalla ikinci yerdə qərarlaşıb. “Azərbaycan-Naxçıvan” yığması isə 9,5 xalla 31-ci pillədəddir. Altıncı turun oyunları noyabrın 3-də keçiriləcək. Bu gün turnirdə istirahət günüdür. |
|
Xəbər 747 dəfə oxundu. |
|
|