Bizimkilər təklifi gözləyirlər | |
AFFA Türkiyə Superkuboku uğrunda “Qalatasaray” – “Fənərbağça” oyununu Bakıda keçirilməsinə rəsmi mövqeyini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, assosiasiyanın baş katibi Elxan Məmmədov bu məsələ ilə bağlı hələlik Türkiyə Futbol Federasiyasından rəsmi təklif almadıqlarını bildirib. “Türkiyə Superkubokunun Bakıda keçirilməsi mövzusu haqda danışmaq hələ tezdir. Biz Türkiyə Futbol Federasiyasından gələcək bir dəvətdən sonra bu məsələni dəyərləndirə bilərik” – deyə, Məmmədov bildirib. |
|
Xəbər 1070 dəfə oxundu. |
|
|