Badminton 2021-ci ildə keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının proqramına salınıb | |
2021-ci ildə Slovakiyanın Banska Bistritsa şəhərində keçiriləcək XVI Avropa Gənclər Olimpiya Festivalının (EYOF) proqramı yenilənib. Festivalın proqramına badminton da daxil edilib. XVI Avropa Gənclər Olimpiya Festivalı 2021-ci il iyulun 24-dən avqustun 1-dək keçiriləcək. Festivalda idmançılar atletika, badminton, basketbol, velosiped, cüdo, həndbol, idman gimnastikası, üzgüçülük, tennis, triatlon və voleybol yarışlarında mübarizə aparacaqlar. |
|
Xəbər 1074 dəfə oxundu. |
|
|