Respublika spartakiadası çərçivəsində şahmat yarışları keçirilib | |
Orta ixtisas təhsil müəssisələri arasında XIV Respublika spartakiadası çərçivəsində şahmat yarışları keçirilib. Azərbaycan Dövlət Pedaqoji Kollecinin idman zalında oğlanlar və qızlar arasında keçirilən yarışda, ümumilikdə 12 komanda iştirak edib. Qızlar arasında birinci yeri Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri tutublar. İkinci və üçüncü yerdə Bakı İdarəetmə və Texnologiya və Bakı 2 nömrəli Baza Tibb kolleclərinin idmançıları qərarlaşıblar. Oğlanların yarışında isə ilk üç yeri Bakı İdarəetmə və Texnologiya, Bakı 2 nömrəli Baza Tibb və Bakı Rabitə və Nəqliyyat kolleclərinin komandaları tutublar. |
|
Xəbər 759 dəfə oxundu. |
|
|