Tanınmış aykido ustası Bakıda beynəlxalq seminar keçirir | |
Oktyabrın 26-da Azərbaycan Aykido Mərkəzində Avrasiya Aykido Təşkilatını yaradıcısı və texniki direktoru Nəbi Vuralın rəhbərliyi altında beynəlxalq seminar keçirilib. Seminara Bakı, Gəncə, Oğuz, Şəki, Göyçay, Lənkəran və Astaradan idmançı və məşqçilər qatılıblar. Ümumilikdə seminarda 200 nəfər iştirak edib. Azərbaycan Aykido Federasiyasının prezidenti, 6-cı dan Sensey Fərhad Ələsgərov deyib: “Ənənəvi olaraq hər il keçirdiyimiz seminara Avrasiya Aykido Təşkilatının yaradıcısı və texniki direktoru Nəbi Vural dəvət edilir. Seminarda Ukrayna, Rusiya, İrandan idmançı və məşqçilər iştirak edirlər. Eyni zamanda, ölkəmizin bir çox regionlarından seminara qatılanlar var. Seminarı keçirməkdə məqsədimiz Azərbaycanda aykidonun və özünümüdafiə fəlsəfəsinin inkişafıdır. Seminarda uşaqlar, gənclər, böyüklər və yaşlılar iştirak edirlər. Növbəti seminarın dekabrda keçirilməsi planlaşdırılır”. N.Vural 40 ildən artıqdır aykido ilə məşğul olur. O, Fransada ustad N.Tamuranın rəhbərliyi altında idmanın bu növünün sirlərini öyrənməyə başlayıb. Ustad N.Tamura aykidonun banisi O-Sensey Morihey Ueşibanın tələbəsi olub. N.Vuralı ölkəmizə Azərbaycan Aykido Federasiyasının prezidenti 6-cı dan Sensey Fərhad Ələsgərov dəvət edib. |
|
Xəbər 747 dəfə oxundu. |
|
|