Kişi şahmatçılarımız Avropa çempionatında növbəti qələbəyə imza atıblar | |
Kişi şahmatçılardan ibarət millimiz Batumidə komandalararası Avropa çempionatının ikinci turunu uğurla başa vurub. Yığmamız Fransa komandasına 2:5:1,5 hesabla qalib gəlib. Şahmatçılarımızdan Şəhriyar Məmmədyarov Maksim Laqarde, Arkadi Naydiç Eduard Romeyn, Qədir Hüseynov isə Tiqran Qaramyanla heç-heçə ediblər. Rauf Məmmədov Mark Maurizini məğlub edərək komandamızın aktivinə 1 xal yazdırıb. Onun bu qələbəsi komandamızın Fransa yığması üzərində üstünlüyünü təmin edib. Kişi şahmatçılarımız birinci turda Serbiya yığmasına 3,5:0,5 hesabı ilə qalib gəliblər. Xatırladaq ki, kişilərdən ibarət komandamız hazırkı Avropa çempionudur. Yığmamız ümumilikdə 3 dəfə Avropa çempionu olub. |
|
Xəbər 577 dəfə oxundu. |
|
|