Boksçumuz Hərbçilərin Dünya Oyunlarında bürünc medala sahib olub
Mərkəzi Ordu İdman Klubunun (MOİK) üzvü, boksçumuz Salman Əlizadə (46-49 kq) Çinin Uxan şəhərində keçirilən Hərbçilərin 7-ci Dünya Oyunlarının bürünc medalını qazanıb. Bu, Azərbaycan komandasının turnirdə 6-cı medalıdır.

S.Əlizadə ilk görüşdə suriyalı Mussin Əl Masriyə, dörddəbir finalda nepallı Bahadur Teca Deubaya qalib gəlib. Boksçumuz yarımfinalda Hindistan idmnaçısı Dipaka məğlub olaraq, turniri 3-cü yerdə başa vurub.

Xəbər 999 dəfə oxundu.