«İdman» mövsümü qalib bitirdi | |
Bu gün Unibank Premyer Liqasında aprel və may aylarının ən yaxşı futbolçularının mükafatlandırılması oldu. İdman.com.az saytının məlumatına görə, KİV-lər, klubların baş məşqçiləri və kapitanları arasında keçirilmiş sorğu nəticəsində “Bakı”nın yarımmüdafiəçisi Deyvidas Çesnauskis aprelin, “Xəzər Lənkəran”ın müdafiəçisi Eder Bonfim mayın ən yaxşısı sayıldılar. Uniplazada təşkil olunmuş tədbirdə ayın futbolçularına Peşəkar Futbol Liqasının qiymətli hədiyyəsi, çempionatın baş sponsoru Unibankdan 1111 manat pul mükafatı təqdim edildi. Bu nominasiyada 3 dəfə ardıcıl düzgün cavab verən KİV əməkdaşlırının sayı 24-ə yüksəldi. Hər tur ayın futbolçusu sorğusunda fəal iştirak edən «İdman» qəzeti bu dəfə qaliblər sırasında yer aldı. PFL və Unibankdan ayrılacaq toplam 2000 manat fərqlənən mediya nümayəndələri arasında bölünəcək. |
|
Xəbər 1004 dəfə oxundu. |
|
|