Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirinin finalında mübarizə aparacaq | |
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb. Yarışın birinci günündə cüdoçumuz Orxan Səfərov (66 kq) uğurla çıxış edərək finala vəsiqə qazanıb. Finalda onun rəqibi italiyalı Manuel Lombardo olacaq. Azərbaycan 100-dək ölkədən 500-dən çox cüdoçunun mübarizə apardığı turnirə 15 idmançı ilə qatılıb. “Böyük dəbilqə” turnirinə oktyabrın 26-da yekun vurulacaq. |
|
Xəbər 838 dəfə oxundu. |
|
|