Şahmat üzrə “FIDE Grand Swiss 2019”un 10-cu turunun oyunları başa çatıb | |
Böyük Britaniyanın Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin 10-cu turunun oyunları başa çatıb. Şahmatçımız Vasif Durarbəyli Svaminathan Soumyanı (Hindistan) məğlub edib. Nicat Abbasov Boris Gelfand, Eltac Səfərli Tamir Nabaty (hər ikisi israilli) ilə heç-heçə ediblər. Rauf Məmmədov polşalı Radoslav Vojtaszekə məğlub olub. On turdan sonra N. Abbasovun 6 xalı var. Komandamızın digər üzvləri hərəyə 5 xal qazanıblar. |
|
Xəbər 737 dəfə oxundu. |
|
|