“FIDE Grand Swiss 2019”: Şahmatçımız Nicat Abbasov 9-cu turu qələbə ilə başa vurub | |
Böyük Britaniyanın Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin doqquzuncu turunun oyunları başa çatıb. Şahmatçımız Nicat Abbasov Sanan Syuqirova (Rusiya) qalib gələrək xallarının sayını 5,5-ə çatdırıb. Digər təmsilçilərimiz Rauf Məmmədov Nils Grandelius (İsveç), Eltac Səfərli isə Qata Kamski (Rusiya) ilə heç-heçə edib. Vasif Durarbəyli Pentala Harikrişnaya (Hindistan) məğlub olub. Doqquz turdan sonra R.Məmmədovun 5, E.Səfərlinin 4,5, V.Durarbəylinin 4 xalı var. |
|
Xəbər 658 dəfə oxundu. |
|
|