Şuşa şəhər 1 saylı tam orta məktəbdə boks üzrə açıq turnirin açılış mərasimi keçirilib
Şuşa şəhər 1 saylı tam orta məktəbdə boks üzrə açıq turnirin açılış mərasimi keçirilib.

Açılış mərasimdə çıxış edən Şuşa Şəhər Uşaq-Gənclər İdman Məktəbinin direktoru Yapon Hacıyev, Olimpiya Oyunlarının mükafatçısı Vüqar Ələkbərov, dünya çempionu Fərhad Acalov ölkəmizdə boksun sürətli inkişafından danışıblar. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin idmana qayğı siyasətini uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün Azərbaycan dünyada idman dövləti kimi tanınır.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra yarışlara start verilib.

Turnirdə 8 komandanın tərkibində müxtəlif yaş qrupları üzrə boksçular mübarizəyə aparırlar. Açıq turnir oktyabrın 20-dək davam edəcək.

Xəbər 951 dəfə oxundu.