Gənclər arasında dünya çempionatının birinci günündə 5 cüdoçumuz mübarizə aparır
Oktyabrın 16-da Mərakeşdə gənclər arasında cüdo üzrə dünya çempionatına start verilib. Yarışın birinci günündə 5 cüdoçumuz mübarizəyə qoşulub.

Kişilər arasında 60 kiloqram çəki dərəcəsində Rövşən Əliyev Hakberdi Jumayev (Türkmənistan)-Ervand Nersesyan (Ermənistan), Əhməd Yusifov Jaheo Jin (Koreya Respublikası)-Anass Elalamı Elıdrıssı (Mərakeş) cütünün qalibləri ilə qarşılaşacaqlar. İbrahim Əliyev ABŞ təmsilçisi Riçard Marin, Davud Abbaslı (hər ikisi 66 kq) ermənistanlı Arsen Avedisyan ilə qüvvələrini sınayacaqlar. Qadınların yarışında isə Gültac Məmmədəliyeva (52 kq) italiyalı Federika Silveri ilə mübarizə aparacaq.

Dünya çempionatında Azərbaycanı 9 kişi və 2 qadın olmaqla ümumilikdə 11 cüdoçu təmsil edir.

Yarışda 81 ölkədən 500-dən çox tatami ustası mübarizə aparır. Dünya çempionatı oktyabrın 19-dək davam edəcək.

Xəbər 854 dəfə oxundu.