Dünya çempionatında 7 medal qazanan usta cüdoçularımız Vətənə dönüblər
Mərakeşdə usta cüdoçular arasında keçirilən dünya çempionatında uğurla çıxış edən Azərbaycan milli komandasının üzvləri Vətənə dönüblər.

Heydər Əliyev Beynəlxalq Aeroportunda veteran cüdoçuların qarşılanma mərasimi olub. Milli komandamızın üzvlərini ictimaiyyət nümayəndələri, idmançılar, federasiya rəsmiləri və mətbuat nümayəndələri qarşılayıblar.

Mərakeşdə usta cüdoçular arasında keçirilən dünya çempionatında təmsil edən veteran cüdoçular Rəsul Səlimov (M-2, 90 kq), Elxan Rəcəbli (M-2, 100 kq, M-7, 90 kq), Mübariz Cəfərov (M-4, 81 kq), Məmməd Məmmədov (M-1, 73 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

M-2 kateqoriyası üzrə 66 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz Vüqar Babayev yalnız finalda uduzaraq dünya çempionatının gümüş medalına layiq görülüb. Müşfiq Cəfərov (M-5, 73 kq) isə dünya çempionatının bürünc medalını qazanıb.

Xəbər 941 dəfə oxundu.