“Avro-2020”: Belçika yığması San-Marinonun qapısından doqquz cavabsız top keçirib
Oktyabrın 10-da futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin yeddinci turuna start verilib.

Turun ilk günündə 10 qarşılaşma oynanılıb. Ən məhsuldar oyun Belçika və San-Marino yığmaları arasında qeydə alınıb. Meydan sahibləri rəqibin qapısından doqquz cavabsız top keçiriblər. Belçikalıların heyətində Romelu Lukaku (2), Nacer Cadli, Kristian Broli (avtoqol), Tobi Alderveireld, Yuri Tielemans, Kristian Benteke, Yari Versşaeren (avtoqol) və Timoti Kastan fərqləniblər.

Azərbaycan millisinin yer aldığı “E” qrupunda Xorvatiya millisi öz meydanında Macarıstan yığmasını 3:0 hesabı ilə məğlub edib. Slovakiya-Uels oyununda isə qalib müəyyənləşməyib - 1:1.

İlk günün qalan yeddi qarşılaşmasında aşağıdakı hesablar qeydə alınıb:

“C” qrupu:

Belarus – Estoniya - 0:0,

Niderland - Şimali İrlandiya - 3:1.

“G” qrupu:

Avstriya – İsrail - 3:1,

Şimali Makedoniya – Sloveniya - 2:1,

Latviya – Polşa - 0:3.

“I” qrupu:

Qazaxıstan – Kipr - 1:2,

Rusiya – Şotlandiya - 4:0.

AZƏRTAC

Xəbər 797 dəfə oxundu.