Bakı Olimpiya stadionu tutumuna görə Avro-2020 təsnifatında MDB-də ikinci yerdədir
“TurStat” analitika portalı Avro-2020-də (futbol üzrə 2020-ci il Avropa çempionatı) iştirakçı yığmaların təsnifatında MDB-də ən böyük və tutumlu stadionlarının reytinqini tərtib edib.

Bakı Olimpiya stadionu Avro-2020 iştirakçı yığmaların təsnifatında tutumuna görə idman obyektlərinin ilk üçlüyünə daxil olub .

Bu göstəricilər üzrə birinci yeri Moskvadakı “Lujniki” stadionu (81 min tamaşaçı yeri) tutur. 69 min tamaşaçı yeri olan Bakı Olimpiya stadionu ikinci yerdədir. Bundan başqa, Kiyev, Sankt-Peterburq, Tbilisi, Saransk və digər şəhərlərdəki stadionlar da ilk onluğa daxil edilib.

Reytinq stadionlarda tamaşaçı yerlərinin sayına görə tərtib edilib. Avrop-2020-nuin təsnifat matçlarının keçiriləcəyi MDB-nin 15 stadion arasında Lvovdakı “Arena Lvov”, Nur-Sultandakı “Astana Arena”, Minskdəki “Dinamo” Milli Olimpiya stadionu, Bakıdakı “Baksel Arena” və Kişineudakı “Zimbru” stadionları da var.

AZƏRTAC

Xəbər 790 dəfə oxundu.