Əliyar Ağayev Farer adaları–Rumıniya oyununa təyinat alıb | |
Futbol üzrə “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Farer adaları–Rumıniya oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək. Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək. Farer adaları–Rumıniya oyunu oktyabrın 12-də Torşava şəhərində keçiriləcək. |
|
Xəbər 850 dəfə oxundu. |
|
|