Futbol üzrə Azərbaycan Premyer Liqasının yeddinci turuna start verilib | |
Oktyabrın 5-də futbol üzrə Azərbaycan Premyer Liqasında yeddinci tura start verilib. Turun açılış görüşündə "Sumqayıt" öz meydanında “Keşlə"ni qəbul edib. "Kapital Bank Arena"da keçirilən qarşılaşma heç-heçə yekunlaşıb - 0:0. Bu oyundan sonra xallarının sayını 11-ə çatdıran "Keşlə" turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. "Sumqayıt" isə 7 xalla altıncı yerdədir. Turun bu gün keçirilən ikinci matçında “Neftçi" komandası "Səbail" klubu ilə qarşılaşır. Oktyabrın 6-da isə "Zirə" - "Qəbələ" və "Qarabağ" - "Sabah" oyunları keçiriləcək. |
|
Xəbər 719 dəfə oxundu. |
|
|