Formula 1 rəhbərliyinin yeni komandalar haqqında bəyanatı | |
2021-ci ildə dünya çempionatında debüt etmək arzusunda olan yeni komandalara Avropa mətbuatında həsr edilən yazılara Formula 1-də reaksiya veriblər. Bəyanatın məzmunu elədir ki, bu qısa mətnin xüsusi şərhə ehtiyacı yoxdur. Dünən axşam elan edilən bəyanatda deyilir: “Son zamanlar bəzi təşkilatlar 2021-ci ildən dünya çempionatında çıxış etmək istəkləri barədə bildiriblər. Bu, ictimai rezonans yaradıb. Formula 1-də bu marağın dəyərləndirilməsinə baxmayaraq, biz təsdiqləyə bilərik ki, hansısa yeni komandanın çempionatda iştirakı ilə bağlı nə ayrı-ayrı şəxslərlə, nə şirkətlərlə heç bir ciddi müzakirələr aparılmayıb”. AZƏRTAC |
|
Xəbər 813 dəfə oxundu. |
|
|