“Araz” futzal klubu “Xızı”nı böyük hesabla məğlub edib | |
Oktyabrın 4-də futzal üzrə Yüksək Liqanın dördüncü turuna “Araz”-“Xızı” oyunu ilə yekun vurulub. “Olimpik Star”da keçirilən görüşdə “Araz” rəqibini 14:1 hesabı ilə məğlub edib. UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz”ın heyətində Xətayi Bağırov 5, Ramiz Çovdarov 3, Vahid Şafiei, Hadi Rezvan 2, Borges Souza Murilo və Qurban Qurbanov 1 qol vurublar. “Xızı”nın heyətində isə Mortuza Cahandost fərqlənib. “Marafon”–“Baku Fire” oyunu birincilərin müraciəti əsasında təxirə salınıb. Qeyd edək ki, dörd turdan sonra 12 xala malik “Araz” və “Neftçi” turnir cədvəlində ilk iki pillədə yer alıblar. EKOL komandası isə 9 xalla üçüncü pillədə qərarlaşıb. |
|
Xəbər 795 dəfə oxundu. |
|
|