Kərimov van Persi üçün böyük pullar xərcləyir | |
Mahaçqala «Anji»sinin baş məşqçisi Quus Hiddink dünya səviyyəli üç futbolu komandaya transfer etməyə rəhbərlikdən icazə alıb. İdman.com.az saytının məlumatına görə, niderlandlı mütəxəssisin əsas transfer hədəfi həmvətəni, London «Arsenal»ının forvardı Robin van Persidir. Planetin ən varlı adamlarından biri olan klub sahibi Süleyman Kərimov ən yaxşı oyunçular həftədə 320 min avro qazana bilərlər. Quus Hiddink özü hədəfləri barədə bunları deyib: «Yay transfer pəncərəsi dövründə biz həqiqətən də komandaya bir neçə vacib oyunçu almağı planlaşdırırıq. Onlar «Anji»yə dünya futbolunun nəhənglərinə yaxınlaşmaq imkanı verəcəklər. Biz artıq Rusiyanın 5 ən güclü klubu sırasına düşmüşük. Hazırda «Anji» Moskva və Sankt-Peterburq»un güclü klubları ilə rəqabət aparır. Əvvəlcə niderlandlı futbolçu ilə müqavilə imkanlarını nəzərdən keçirmirdim. Ancaq indi belə imkan var». Pul məsələsi həll olunub. İndi qaldı bir məsələ – milyonlar van Persini «Anji»yə keçməyə şirnikdirə biləcəkmi. Dağıstandakı 3 ili ərzində o, 45 milyon qazana bilər. |
|
Xəbər 1233 dəfə oxundu. |
|
|