Azərbaycan idmançıları Antalyada muay-tay üzrə dünya çempionatında uğurlu çıxış edirlər
Antalyada yeniyetmə və gənclər arasında muay-tay idmanının ifma versiyası üzrə dünya çempionatı davam edir.

Çempionatda Azərbaycan idmançılarından Səlahəddin Qocazadə (36 kq), Amin Əlili (38 kq), Murad Nuruzadə (40 kq) və Ayxan Əmrahov (58 kq) yarımfinala, Rəvan Qasımov (54 kq) isə finala vəsiqə qazanıb.

Yarışda Azərbaycanı 16 idmançı və 2 hakim təmsil edir. Milli komandamız mundialda federasiya prezidenti Azər Həsənsoyun və böyük məşqçi Fəxri Əliyevin rəhbərliyi ilə mübarizə aparır.

Qeyd edək ki, mundiala oktaybrın 6-da yekun vurulacaq.

Xəbər 749 dəfə oxundu.