Futbol üzrə həvəskarlar arasında növbəti mövsümünün iclası keçirilib
Oktyabrın 2-də AFFA-da Bakı, Sumqayıt, Abşeron rayonunun kənd və qəsəbələrinin futbol üzrə həvəskarları arasında 2019/2020-ci il mövsümünün payız/yaz birinciliyinin növbəti iclası keçirilib.

İclasda AFFA-nın Bakı kəndlər üzrə əlaqələndiricisi Vaqif Davudov, Bakı Kəndlər Futbol Federasiyasının vitse-prezidenti A.Rzayev iştirak ediblər.

İclasın gündəliyində duran əsas məsələ sənədləşmənin aparılması və birinciliyin başlanma tarixinin açıqlanması idi.

Qeyd edək ki, birincilik 2017-ci ildən etibarən keçirilir. Yarışın püşkatma mərasiminin növbəti həftələrdə keçirilməsi planlaşdırılır.




Xəbər 910 dəfə oxundu.