İdman Araşdırmalar Mərkəzinin bəyanatında nə deyilir? | |
“Bakı” klubunun rəhbərliyi komandaya yeni baş məşqçi təyin edərsə, bu, komandanın uğurunun meydandankənar amillərlə bağlı olduğuna dair şübhələr yaradacaq və yenicə bərpa olunmağa başlayan kollektivdaxili müsbət ab-havaya təsirsiz ötüşməyəcək”. İdman.com.az saytının məlumatına görə, bu fikir İdman Araşdırmalar Mərkəzinin yaydığı bəyanatda əksini tapıb. Sənəddə bildirilir ki, mayın 17-də keçirilmiş futbol üzrə Azərbaycan Kubokunun final matçında “Bakı” komandası “Neftçi” üzərində layiqli qələbə qazanıb. Sözsüz ki, 2:0 hesablı qələbədə klubun hər bir üzvü ilə yanaşı, baş məşqçi səlahiyyətlərini icra edən Novruz Əzimovun böyük xidmətləri var. Məhz N.Əzimovun təyinatından sonra komandanın sərgilədiyi oyunda dönüş baş verib, bir sıra vacib qələbələr əldə olunub. Lakin nədənsə, klub rəhbərliyi baş məşqçi postunu yenidən əcnəbiyə həvalə etmək niyyətindədir. “Bakı” rəsmilərinin açıqlamaları və son zamanlar yayılan xəbərlərə əsasən, komandanın sükanı arxasına yeni baş məşqçinin gətiriləcəyini güman etmək olar. Bu isə baş məşqçi karyerasında ilk titulunu əldə edən N.Əzimovun əməyinə biganə münasibətin əyani göstəricisi sayıla bilər. |
|
Xəbər 1202 dəfə oxundu. |
|
|