Teymur Rəcəbov final mərhələsinin üçüncü partiyasında qələbə qazanıb | |
Oktyabrın 2-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin finalında Azərbaycan şahmatçısı Teymur Rəcəbov ilə çinli Liren Dinq arasında üçüncü partiya oynanılıb. Bu mərhələnin üçüncü görüşündə şahmatçımız rəqibini 45-ci gedişdə məğlub edib. Birinci görüşdə heç-heçə edən, lakin ikinci partiyada qara fiqurlarla oyunda məğlub olan şahmatçımız bu qələbə sayəsində hesabı bərabərləşdirib. Dünya kubokunun dördüncü partiyası oktyabrın 3-də oynanılacaq. Bu partiyada qalib müəyyənləşməsə oktyabrın 4-də tay-breyk qarşılaşması keçiriləcək. Teymur Rəcəbov bu mötəbər yarışın finalına yüksələn ilk azərbaycanlı şahmatçı kimi ölkə idmanının tarixinə düşüb. O, finala vəsiqə ilə yanaşı, iddiaçılar turnirində birbaşa iştirak hüququ da qazanıb. |
|
Xəbər 731 dəfə oxundu. |
|
|