UEFA Çempionlar Liqası: Bu gün keçiriləcək səkkiz oyunla qrup mərhələsinin II turuna yekun vurulacaq | |
Oktyabrın 2–də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümün qrup mərhələsinin II turunda daha səkkiz qarşılaşma oynanılacaq. Gün ərzində E, F, G və H qruplarında yer alan komandalar qarşılaşacaqlar. Sonuncu çempion “Liverpul” öz meydanında Avstriyanın “Zaltsburq” komandasını qəbul edəcək. Qrup mərhələsində oynanılacaq digər qarşılaşmalar aşağıdakılardır: E qrupu: “Genk” (Belçika) – “Napoli” (İtaliya); “Liverpul” (İngiltərə) – “Zaltsburq” (Avstriya). Birinci turdan sonra qrupdakı “Napoli” və “Zaltsburq” komandalarının 3 xalı var. “Genk” və “Liverpul” klubları ilk oyunda uduzublar. F qrupu: “Slaviya Praqa” (Çexiya) – “Borussiya Dortmund” (Almaniya); “Barselona” (İspaniya) – “İnter” (İtaliya). Qrupda yer alan komandaların - “Slaviya Praqa”, “Borussiya Dortmund”, “Barselona” və “İnter” komandalarının 1 xalı var. G qrupu: “Leyptsiq” (Almaniya) – “Lion” (Fransa); “Zenit” (Rusiya) – “Benfika” (Portuqaliya). Bu qrupa 3 xalla “Leyptsiq” komandası başçılıq edir. “Lion” və “Zenit” klublarının 1 xalı var, “Benfika”nın aktivində xal yoxdur. H qrupu: “Lill” (Fransa) – “Çelsi” (İngiltərə); “Valensiya” (İspaniya) – “Ayaks” (Hollandiya). “Ayaks” və “Valensiya” klublarının 3 xalı var. “Çelsi” və “Lill” komandaları isə ilk oyunda uduzublar. |
|
Xəbər 779 dəfə oxundu. |
|
|