Şahmatçımız "Baku Open" beynəlxalq turnirinin qalibi olub | |
Şahmatçımız Qədir Hüseynov "Baku Open" beynəlxalq turnirinin qalibi olub. Doqquz turdan ibarət yarışda 8 xal toplayan Q.Hüseynov bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Millimizin üzvləri Murad İbrahimli yarışı ikinci, Vüqar Əsədli isə üçüncü pillədə başa vurublar. Qeyd edək ki, turnirdə 10 ölkədən 150 şahmatçı birincilik uğrunda mübarizə aparıb. |
|
Xəbər 917 dəfə oxundu. |
|
|