Xalid Əliyev İsveçin “Satellite” seriyalı turnirdə çıxış edib | |
Azərbaycan qılıncoynadanı Xalid Əliyev İsveçin Stokholm şəhərində keçirilən “Satellite” seriyalı turnirdə çıxış edib. Qrup mərhələsində 4 qələbə qazanan şpaqaçımız 1/32 finalda hollandiyalı David Van Nuneni 15:11 hesabı ilə məğlub edib. X.Əliyev onaltıdabir finalda digər hollandiyalı şpaqaçı Tristan Tulenə 6:15 hesabı ilə uduzub. Qeyd edək ki, şpaqaçımız 122 idmançının yarışdığı turnirdə 23-cü olub. |
|
Xəbər 862 dəfə oxundu. |
|
|