Teymur Rəcəbov dünya kubokunun dörddəbir finalının birinci partiyasında heç-heçə edib | |
Sentyabrın 23-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin dörddəbir final mərhələsinin birinci partiyaları oynanılıb. Bu mərhələdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov ABŞ təmsilçisi Cefferi Xionq ilə qarşılaşıb. Gərgin keçən görüş heç-heçə başa çatıb. Bu şahmatçıların cavab partiyaları sentyabrın 24-də keçiriləcək. Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə komanda yoldaşı Şəhriyar Məmmədyarova uduzaraq mübarizəni dayandırıblar. Ş.Məmmədyarov isə səkkizdəbir finalda T.Rəcəbova məğlub olaraq turnirdə iştirakını başa vurub. Dünya kubokunun finalına yüksələcək zəka sahibləri 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar. FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər. Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır. |
|
Xəbər 809 dəfə oxundu. |
|
|