Nazir Azad Rəhimov Abşeronda vətəndaşlarla görüşdü
20 sentyabr 2019–cu il tarixdə Gənclər və İdman naziri Azad Rəhimov Abşeronda Abşeron rayonundan olan sakinləri qəbul edib.

20-ə yaxın vətəndaşın iştirak etdiyi qəbulda “Gənclər evi”nin, idman qurğularının tikintisi və təmiri, fəxri adların verilməsi və şəxsi məsələrlə ilə bağlı müraciətlər edilib. Müraciətlərin bir qismi yerindəcə həll edilib, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti üzrə göndərəcəyi bildirilib, bir qismi isə baxılması üçün icraya yönəldilib.

Məlumat üçün bildirək ki, nazir Azad Rəhimov Abşeronda olduğu zaman nazirliyin dəstəyi ilə Varşavada keçirilən beynəlxalq turnirə ezam olunmuş “Qarabağ qaziləri” amputant futbol komandasının üzvləri ilə də görüşüb.

Xəbər 1213 dəfə oxundu.