Dünya çempionatının səfiri Yana Batırşina Milli Gimnastika Arenasında azarkeşlərlə görüşüb | |
Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının səfiri Yana Batırşina sentyabrın 16-da azarkeşlərlə görüşüb. Milli Gimnastika Arenasında təşkil olunan görüşdə Y.Batırşina şəxsi imzası ilə tamaşaçılara xüsusi kartlar hədiyyə edib və onlarla xatirə şəkilləri çəkdirib. Azərbaycan Gimnastika Federasiyasının rəsmi talismanı “Qur-Qur” da tamaşaçılar arasında olub. Dünya səyahətindən Bakıya yenicə qayıtmış “Qur-Qur” təəssüratlarını azarkeşlərlə bölüşüb. Y.Batırşina beşqat Avropa, yeddiqat dünya çempionudur. Rusiyalı gimnast 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. |
|
Xəbər 747 dəfə oxundu. |
|
|