Gimnastımız Zöhrə Ağamirova dünya çempionatında ilk çıxışını edib
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir.

Gimnastımız Zöhrə Ağamirova fərdi proqramda halqa ilə çıxışını yerinə yetirib. Təmsilçimiz 19,000 xalla hazırda A qrupunda beşincidir.

“Nağıllar gerçəkləşəcək” devizi altında təşkil olunan çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Xəbər 791 dəfə oxundu.