Lippi Çində işləyəcək | |
İtaliyanın məşhur futbol məşqçilərindən olan Marçello Lippi Çinin «Quançjou Everqrande» klubunu çalışdıracaq. dman.com.az saytının məlumatına görə, onunla 2014-cü ilin noyabrına qdər müqavilə imzalanıb. «Buraya gəlişimin Çin üçün böyük əhəmiyyət kəsb etdiyini yaxşı anlayıram. Bilirəm ki, məndən çox şey gözlyirlər. Əsas məqsəd İtaliya futbol konsepsiyasını Çində həyata keçirməkdir», - deyə 64 yaşlı mütəxəssis bir neçə həftə bu klubun oyunlarını yaxından izlədikdən sonra qərar verib. O, artıq futbolçuları yaxşı tanıdığını və onların potensialına bələd olduğunu qeyd edir. | |
Xəbər 952 dəfə oxundu. |
|
|