Roman Saleh dünya çempionatında ikinci medalını qazanıb | |
Üzgüçülük üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Roman Saleh Londonda keçirilən dünya çempionatında ikinci medalını qazanıb. İdmançımız üzgüçülüyün sərbəst növündə 50 metr məsafəyə üzmə yarışında 24,32 saniyə nəticə ilə bürünc medala sahib olub. Yarışda ilk iki pillədə Ukrayna təmsilçiləri yer alıblar. Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan təmsilçisi dünya çempionatında arxasıüstə üzgüçülük yarışlarında ikinci yeri tutaraq “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib. |
|
Xəbər 835 dəfə oxundu. |
|
|