Kikboksinq üzrə Bakı kuboku yarışlarının qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGIBI) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində kikboksinq üzrə paytaxt kuboku yarışları keçirilib.

Yarışda müxtəlif klub və cəmiyyətləri təmsil edən 156 idmançı mübarizə aparıb.

10-13 yaşlı uşaqların yarışında Şahin Əfəndiyev (26 kq), Ramin Həsənov (28 kq), Nazim Verdiyev (30 kq,) Asif Ocaqverdiyev (32 kq,) Elşad Cəfərov (35 kq), Cəfər Nəcəfli (37 kq), Renat Qiyaslı (42 kq), Əli Məmmədov (47 kq), Rauf Qafurov (47 kq-dan yuxarı) qızıl medal qazanıblar.

Bəxtiyar Vəliyev (39 kq), Cavid Səfərli (42 kq), Pərviz Əliyev (47 kq), Turan Nağızadə (52 kq), Səftar Süleymanov (57 kq), Ayxan Həsənov (63 kq) və Amiz Abbasov (69 kq-dan yuxarı) 13-15 yaşlı idmançıların yarışında birinci olublar.

15-17 yaşlı kikboksçuların mübarizəsində isə Vidadi İbrahimov (45 kq), Elcan Tanrıverdiyev (48 kq), Coşqun Mehdiyev (51 kq), Nurəli Kərimov (54 kq), Hüseyn Zəbiyev (57 kq), İlkin Tamarin (60 kq), Mirnəcəf Cəlilov (63,5 kq), Bayram Şahbazov (67 kq) və Murad Əliyev (67 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışda ilk üç yeri tutan idmançılar müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.


Xəbər 1093 dəfə oxundu.