Belarus-Azərbaycan futzal oyununun hakimləri müəyyənləşib | |
Futzal üzrə milli komandamız avqustun 28-də Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək. Borisovdakı Bədən Tərbiyəsi və Sağlamlıq Mərkəzində keçiriləcək oyunu idarə edəcək hakimlər müəyyənləşib. Qarşılaşmanın baş hakimi belaruslu İqor Qriqorev olacaq. Ona həmyerlisi Valeriy Şeptunov kömək edəcək. Komandalar arasında Minskdə təşkil olunan ilk yoldaşlıq oyununda Belarus millisi 5:3 hesabı ilə qalib gəlib. Qeyd edək ki, millimiz oktyabrın 22-dən 27-dək Bakıda təşkil olunacaq dünya çempionatının əsas mərhələsinin qrup oyunlarında Slovakiya, Moldova və Monteneqro yığmaları ilə qarşılaşacaq. |
|
Xəbər 837 dəfə oxundu. |
|
|