Dünya çempionatının üçüncü günündə daha 3 cüdoçumuz tatamiyə çıxacaq
Avqustun 27-də Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatının üçüncü günündə 2 çəki dərəcəsində (qadınlar 57 kq və kişilər 73 kq) görüşlər keçiriləcək.

Dünya çempionatında daha üç cüdoçumuz tatamiyə çıxacaq. Təmsilçimiz Rüstəm Orucovun ilk rəqibi Vadzim Şoka (Belarus) - Nuno Sarayova (Portuqaliya) cütünün qalibi olacaq. Hidayət Heydərov isə ilk qarşılaşmada Conq Tan (Vyetnam) - Friqyes Zabo (Macarıstan) cütünün qalibini sınağa çəkəcək. Qadın cüdoçumuz İçinxorloo Munxtsedevin ilk rəqibi panamalı Miryam Roper olacaq.

Qeyd edək ki, dünya çempionatının ilk iki günündə mübarizə aparan 6 cüdoçumuz yarış meydanını medalsız tərk edib.

Xəbər 911 dəfə oxundu.