AFFA məşqçilər üçün seminar təşkil edib
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən Gəncə şəhərində məşqçilər üçün seminar təşkil olunub.

Avqustun 23-dək davam edəcək seminar təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Cahangir Həsənzadənin iştirakı ilə keçirilir.

Seminar uşaq komandalarının məşqçilərinin təkmilləşdirilməsi məqsədi daşıyır. Yekunda iştirakçılara sertifikatlar verilməsi nəzərdə tutulur.

Xəbər 718 dəfə oxundu.