Paytaxtın “Sabah” klubu heyətini Honduras millisinin futbolçusu ilə gücləndirib
“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Komanda iyirmi doqquz yaşlı hücumçu Rocer Roxas ilə bir illik müqavilə imzalayıb.

Azsport.az klubun saytına istinadla xəbər verir ki, honduraslı futbolçu karyerası ərzində ölkəsinin “Olimpiya” (2008-2014, 2015-2016), Səudiyyə Ərəbistanının “Əl-İttifaq” (2014), Meksikanın “Nekaksa” (2014-2015) və “Simarrones” (2016-2017) komandalarında çıxış edib. O, sonuncu dəfə Kosta-Rikanın “Alaxuelense” klubunda forma geyinib.

R.Roxas Honduras millisində 32 oyun keçirib və 3 qol vurub.

Xəbər 732 dəfə oxundu.