Gəncədə “Sevinc” kuboku uğrunda mini futbol turniri başa çatıb
Gəncədə 2008-2010-cu il təvəllüdlü futbolçular arasında keçirilən mini futbol üzrə məhəllələrarası “Sevinc” kubokunun “Dəri” top mükafatı uğrunda şəhər birinciliyi başa çatıb.

Gərgin keçən final qarşılaşmasında “Gəncə” komandası “Qarabağ-1” üzərində 5:2 hesablı qələbə qazanıb.

Yarışda 160-ya yaxın idmançı iştirak edib. “Sevinc” kubokunun “Dəri” top mükafatı uğrunda keçirilmiş mini futbol üzrə Gəncə şəhər birinciliyində “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Uşaq Gənclər İdman Şahmat məktəbinin “Gəncə” komandası birinci, Baş İdarə nəzdində olan Uşaq Gənclər İdman Məktəbinin “Qarabağ-1” komandası ikinci, 2 nömrəli Uşaq Gənclər İdman Şahmat məktəbinin “Çinar” komandası üçüncü yerə layiq görülüb.

Qalib komandalar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanları və hədiyyələri ilə təltif olunublar.

Xəbər 697 dəfə oxundu.