Futzal üzrə Azərbaycan millisi Belarus yığması ilə qarşılaşacaq | |
Avqustun 25-dən 28-dək futzal üzrə Azərbaycan milli komandasının Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı olacaq. Millimiz avqustun 26-da və 28-də Belarus yığması ilə yoldaşlıq oyunları keçirəcək. İlk oyun Minsk, digər matç isə Borisov şəhərində təşkil olunacaq. Qeyd edək ki, milli oktyabrın 22-dən 27-dək Bakıda təşkil olunacaq dünya çempionatının əsas mərhələsinin qrup oyunlarında Slovakiya, Moldova və Monteneqro yığmaları ilə qarşılaşacaq. |
|
Xəbər 784 dəfə oxundu. |
|
|