“Judo Club 2012”nin gənc üzvləri Azərbaycan birinciliyində uğurla çıxış ediblər

“Judo Club 2012”nin üzvləri “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən 23 yaşadək gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyində uğurla mübarizə aparıblar.

Çempionatda 24 (18 oğlan, 6 qız) idmançı ilə təmsil olunan klubun yetirmələri 4 qızıl, 6 gümüş və 3 bürünc medala sahib olublar. Komandanın üzvlərindən Elçin Hüseynov (66 kq), Samir Ağayev (81 kq), Diana Şoranova (63 kq) və Aidə Baxışova (70 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar. Nurlan Osmanov (66 kq), Sərdar Səfixanov (90 kq), Kənan Əhmədov (+100 kq), Elvira Əsgərova (52 kq), Zeynəb Məmmədova (57 kq) və Nərmin Abdullayeva (70 kq) gümüş medala sahib olublar. Yaşar Nəcəfov (60 kq), Fərid Qəzənfərov (60 kq) və Ayxan Tanverdiyev (66 kq) isə komandaya bürünc medallar qazandırıblar. Klubun digər üzvlərindən Vilayət Cəlilov (66 kq) beşinci, Mirəli Hüseynli (90 kq), Murad Məmmədov (100 kq) və Rahidə Cavadova (63 kq) isə yeddinci yerlə kifayətləniblər.

Beləliklə, 23 yaşadək gənclər arasında Azərbaycan birinciliyini 13 medalla başa vuran “Judo Club 2012”nin yetirmələri komanda hesabında birinci yeri tutublar. “Neftçi” İdman Klubunun yetirmələri (4 qızıl, 1 gümüş, 5 bürünc) ikinci, “Atilla” komandası isə (2 qızıl, 1 gümüş, 2 bürünc) üçüncü olub.

Ölkə birinciliyinin qalib və mükafatçıları medallar və Azərbaycan Cüdo Federasiyasının diplomları ilə təltif olunublar.

Son illərdə uğurları ilə diqqəti cəlb edən “Judo Club 2012”nin gənc cüdoçuları bu ilin iyununda təşkil olunan 23 yaşadək gənclər arasında açıq Bakı birinciliyində də qalib gəliblər.

Yarışda 51 klubu təmsil edən 347 (294 oğlan, 53 qız) cüdoçu medallar uğrunda mübarizə aparıb.

Xəbər 944 dəfə oxundu.