İtaliyanın "Roma" klubu türkiyəli futbolçunu heyətinə qatıb | |
İtaliyanın "Roma" klubu Türkiyənin "Gənclərbirliyi" komandasının futbolçusu Mert Çetini heyətinə cəlb edib. İtalyanlar 22 yaşlı müdafiəçi üçün Ankara təmsilçisinə 3 milyon avro ödəyib. Futbolçu ilə 2024-cü ilin yayınadək müqavilə imzalanıb. Anlaşmaya əsasən, oyunçu 5 milyon avrodan çox məbləğə satılacağı təqdirdə vəsaitin 10 faizi Türkiyə klubuna ödəniləcək. Qeyd edək ki, M.Çetin 2017-ci ildən "Gənclərbirliyi"nin formasını geyinir. "Roma"da digər türkiyəli futbolçu Cengiz Ünder də çıxış edir. AZƏRTAC |
|
Xəbər 792 dəfə oxundu. |
|
|