İki şahmatçımız Avropa birinciliyinin qalibi olub | |
Slovakiyanın paytaxtı Bratislavada yeniyetmə şahmatçılar arasında keçirilən Avropa birinciliyi başa çatıb. Çempionatda müxtəlif yaş kateqoriyaları üzrə iştirak edən şahmatçılarımızdan Ayan Allahverdiyeva 14, Dinarə Hüseynova 8 yaşlılar arasında ən yüksək nəticə göstərərək qitə birinciliyinin qalibi olublar. Digər təmsilçilərimiz Səadət Bəşirli (8 yaş, 7,5 xal) ikinci, Cahandar Azadəliyev (10 yaş, 7,5 xal), Yusif Kərimli (8 yaş, 7 xal) üçüncü yerləri tutublar. Qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edib. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilib. |
|
Xəbər 825 dəfə oxundu. |
|
|