Naxçıvanlı şahmatçı Talıb Babayev Türkiyə Klublar Liqasında uğurlu nəticə qazanıb | |
Türkiyə Cümhuriyyətinin Konya şəhərində keçirilən şahmat üzrə Türkiyə Klublar Liqasında Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının idmançısı, beynəlxalq usta Talıb Babayev də iştirak edib. Yarışda birinci və ikinci liqalarda olmaqla, ümumilikdə, 54 komandanın heyətində 816 zəka sahibi qüvvəsini sınayıb. Zəka sahibimiz Talıb Babayev Türkiyə ikinci liqasında birinci lövhədə mübarizə aparıb. O, keçirdiyi 9 oyundan 8 xal toplayaraq öz lövhəsində qalib adını qazanıb. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının idmançıları iyulun 29-dan avqustun 4-dək Ankara şəhərində təşkil olunan Çubuk Bələdiyyəsi V beynəlxalq şahmat turnirində də iştirak ediblər. 8 və 10 yaşlı zəka sahiblərimiz A və B qruplarında mübarizə aparıblar. |
|
Xəbər 710 dəfə oxundu. |
|
|