F1 pilotları tətildən qabaq Macarıstan Qran-Prisində iştirak edəcəklər | |
Bu gün 2019-cu il Formula 1 mövsümünün 12-ci mərhələsi – Macarıstan Qran-Prisi start götürür. Yürüşlərin ilk günündə pilotlar iki sərbəst praktikada iştirak edəcəklər. Macarıstan Qran-Prisindən sonra pilotlar dörd həftəliyinə məzuniyyətə gedəcəklər. Çempionatın lideri yeni “Mercedes” komandasının britaniyalı pilotu Luis Hemilton olacaq. O, komanda üzrə tərəfdaşı finlandiyalı Valtteri Bottası 41 xal qabaqlayır. Son üç yürüşdə iki qələbə qazanmış “Red bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen onlara çatmağa çalışacaq. O, bu mövsümdə beşinci yerdən aşağı illərdə finişə çatmayıb və şəxsi hesabda “Ferrari” komandasının pilotları - alman Sebastyan Fettel və monakolu Şarl Leklerdən irəlidədir. Macarıstan Qran-Prisi Formula 1 təqviminə 1986-cı ildə daxil edilib və o vaxtdan planetin ən yaxşı yürüşçülərini qəbul edir. Lakin Budapeşt yaxınlığındakı tras daim tənqidlərə məruz qalır. Bir çoxları belə hesab edir ki, burada ən darıxdırıcı yürüşlərdən biri keçirilir. Budapeşt mərhələsinin rekordçusu britaniyalı pilot Luis Hemiltondur. Onun hesabında altı qələbə var. Burada finişə birinci gələnlər arasında finlandiyalı Kimi Raykkonen (2005), avstraliyalı Daniel Rikkardo (2014) və alman Sebastyan Fettel (2015, 2017) də var. |
|
Xəbər 840 dəfə oxundu. |
|
|